Türkiyəli futbolçu 100 min dollarlıq saat sifariş edib

Türkiyəli futbolçu 100 min dollarlıq saat sifariş edib
14:52 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Çinin "Beijing Guoan" klubunda çıxış edən türkiyəli futbolçu Burak Yılmaz yeni saat sifariş verib.
"Report"un məlumatına görə, "Patek Philippe" firmasının məhdud sayda istehsal etdiyi saatın qiyməti təxminən 100 min dollardır.
Şirkətin yaradılmasının 40 illiyi münasibəti ilə xüsusi olaraq dizany edilən bu saatdan 700 ədəd istehsal olunub. Saat həvəskarı kimi tannan hücumçunun kolleksiyasında "Rolex", "Vacheron Constantin", "Audemars Piguet" kimi markalardan olan saatlar da var. 
B.Yılmaz bir müddət əvvəl 75 min dollara eyni firmanın başqa modelini alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR