Bu qız tutduğunu buraxmır - VİDEO

Bu qız tutduğunu buraxmır - VİDEO
15:03 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

İngiltərədə yaşayan 19 yaşlı Luisa Allenin götürdüyü əşyalar əlində qalır.

Publika.az bu ölkə mətbuatına istinadən xəbər verir ki, qız miyotonik distrofi adlı əzələ xəstəliyindən əziyyət çəkir.

Luisa əlinə hər hansı əşya alanda əzələlər tutulur və hərəkət edə bilmir. Bu məqamda qızın yeganə yolu gözləməkdir. Onda bu xəstəlik 3 il əvvəl başlayıb. Nadir rast gəlinən bu xəstəlik nəticəsində insanın əzələləri əriyir.

Luisa deyir ki, bir televizorun pultunu tutarkən, şüşənin qapağını açarkən birdən əli tutulur. Bu proses bəzən bir neçə saniyə, bəzən 5 dəqiqə çəkir.

O, gün ərzində özünü daim halsız hiss edir. Gündə 17 saat yatır, 5 dəqiqədən çox ayaq üstə dayana bilmir.

Həkimlərin sözlərinə görə, xəstəlik hələ ancaq əzələlərə təsir edir, gələcəkdə ürəyinə və ciyərlərinə də zərər vuracaq. Xəstəliyin hər hansı müalicəsi yoxdur. Hazırda ona tətbiq edilən müalicə ağırlaşmanın qarşısını almaq üçündür.

Gülxar



Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR