Büdcənin 0,6%-i vergi cərimələri hesabına formalaşacaq

Büdcənin 0,6%-i vergi cərimələri hesabına formalaşacaq
15:22 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ 2017-ci ilin dövlət büdcəsində vergi qanunvericiliyinin pozulması ilə bağlı tətbiq edilən cərimə sanksiyalarından daxilolmalar 90 mln. manat həcmində proqnozlaşdırılıb.
"Report" bu barədə 2017-ci ilin dövlət və icmal büdcə layihələrinə istinadən xəbər verir. Beləliklə, bu istiqamətdə daxilolmaların cəmi büdcə gəlirlərində xüsusi çəkisi 0,56% təşkil edib.
Büdcə layihəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri 100 mln. manat nəzərdə tutulub.
Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15,955 mlrd.manat, xərcləri 16,6 mlrd. manat proqnozlaşdırılır. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/budcenin-0-6-i-vergi-cerimeleri-hesabina-formalasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR