İki avtomobil toqquşdu: 4 yaralı

İki avtomobil toqquşdu: 4 yaralı
15:34 29 Oktyabr 2016
57 Digər
Ölkə mətbuatı
A- A+

 

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın  DİN-in saytına istinadən məlumatına görə, şəhər sakinləri Elvin Cəfərov idarə etdiyi "Opel" markalı avtomobili Vüsal Mədətovun idarə etdiyi "Volkswagen" markalı avtomobilə vurub. "Volkswagen"in sürücüsü idarəetməni itirdiyindən yolu keçən Ağdaş rayon sakini Gülay Abdullayevaya dəyib.

 

Nəticədə piyada, E. Cəfərov və 1 sərnişini, habelə V. Mədətovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR