Budaq Nəsirov Portuqaliyada ilk qolunu vurdu

Budaq Nəsirov Portuqaliyada ilk qolunu vurdu
17:07 29 Oktyabr 2016
78 İdman
Ölkə mətbuatı
A- A+


Millimizin üzvü Budaq Nəsirovun formasını geyindiyi “Sportinq”in B komandası Portuqaliya Sequnda Liqasında növbəti matçını keçirib. Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi XIII turda “Olhanense”nin qonağı olub.

 

Start heyətində yer alan Budaq Portuqaliyada ilk qolunu vurub. O, hesab 1:1 olarkən, 83-cü dəqiqədə komandasını önə keçirən qola imza atıb. Lakin görüş 2:2 hesabı ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu nəticədən sonra “Sportinq” B topladığı 18 xalla 22 komanda arasında 10-cu pillədə qərarlaşır.


Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR