Sorğu: Hillari Klinton Donald Trampı cəmi 2% qabaqlayır

Sorğu: Hillari Klinton Donald Trampı cəmi 2% qabaqlayır
17:42 29 Oktyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun rəqibi - respublikaçı Donald Tramp üzərindəki üstünlüyü 2%-ə qədər azalıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu ABŞ-ın ABC telekanalının keçirdiyi sorğunun nəticələri göstərir.
"Washington Post" qəzeti ilə birgə keçirilmiş sorğunun nəticələrinə görə, bu gün seçicilərin 47%-ni Klintonu, 45%-i isə Trampı dəstəkləməyə hazırlaşır.
Telekanal namizədlər arasında fərqin kəskin azalmasının seçicilərin üstünlük verdiyi namizədlə bağlı fikrini dəyişməsiylə yox, seçici fəallığı üzrə proqnozlardakı dəyişikliklərlə bağlı olduğunu xəbər verib. Belə ki, əvvəlki araşdırmayla müqayisədə bu dəfə seçkilərdə iştirak etmək istəyən respublikaçıların sayı artıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR