"Uzun müddət qol buraxmamaq müşkül məsələdi" - Roman Qriqorçuk

"Uzun müddət qol buraxmamaq müşkül məsələdi" -   Roman Qriqorçuk
17:47 29 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Premyer Liqanın X turu çərçivəsində baş tutan "Qəbələ" - "Neftçi" matçından sonra (4:1) meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Fanat.Az xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrinin razı qaldığını bildirib.


- Teo Uikslə Nika Kvekveskiri Avropa Liqasının 4-cü turunda oynaya biləcəklər?

- Bu istiqamətdə çalışmalarını davam etdirirlər. Ancaq qarşıda 3 günümüz var. Son qərarı oyundan əvvəl verəcəm.


- Qələbənin bu qədər asan başa gəlməsi sizin üçün gözlənilməz olmadı?

- Razı deyiləm. Ola bilər oyunun əvvəli asan göründü. Əslində isə oyunun gedişatında müəyyən dəyişikliklər etdik. Heç də asan deyildi. Bu görüşü aktivimizə yazırıq. Ona görə yox ki, böyük hesabla qalib gəldik. Strateji cəhətdən müsbət addımlarımızı gördüm.


- Uzun müddət qol buraxmırdınız. İndi isə bu, adət halını alıb...

- Əlbəttə, qol buraxmamaq xoşdur. Axı, belədə, azından 1 xalı təmin edirsən. Ancaq uzun müddət qol buraxmamaq müşkül məsələdi. Etiraf edim ki, müdafiəmizdə düzəldiləsi müəyyən məqamlar var.


- Cavid Hüseynov meydana daxil olmağa həqiqətən hazırdı, yoxsa bu, sizin tərəfdən edilən bir jestdi?

- Hazır olmasaydı, heç vaxt meydana buraxılmazdı. Gücü çatan müddətə uyğun da meydana buraxırıq. Həm də oyunun gedişatını nəzərə alıb, onu meydana daxil edirik. Düşünürəm ki, Cavidin işləri qaydasına düşür. Hüseynov olduqca istedadlı futbolçudu. İnanıram ki, tezliklə 90 dəqiqə də mübarizəyə hazır olacaq.


- Ruslan Qurbanov və Cavid Hüseynovun oyuna daxil edilməsi hesab 1:1 olarkən atılan addım idi, yoxsa önə keçdikdən sonra? Çünki bu futbolçular hesab bərabər olarkən meydana çıxmağa hazırlaşırdılar.

- Həqiqətən də hesab 1:1 olarkən bu uşaqları meydana daxil etmək qərarı verdim. Ruslan komandamıza yeni qoşulub. Bu üzdən Qurbanova daha çox oyun praktikası verirəm ki, kollektivimizə daha tez alışsın. Cavidin isə verdiyim vaxtın öhdəsindən gələcəyinə inanırdım. Bəli, hesab dəyişdi. Ancaq bu əvəzetmələr nəticədən asılı olmayaraq, baş tutmalı idi. Bunu da etdim. (futbolinfo.az)




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotuzun-muddt-qol-buraxmamaq-mukul-msldiquot-t53733.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR