Yunanıstan yığmasının üzvü “Qarabağ”la oyuna yetişəcəkmi?

Yunanıstan yığmasının üzvü “Qarabağ”la oyuna yetişəcəkmi?
18:05 29 Oktyabr 2016
57 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi PAOK Ağdam təmsilçisi ilə qarşılaşma öncəsi ölkə çempionatında kritik matça çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Saloniki klubu sabah Super Liqanın VII turunda AEK-i qəbul edəcək.

Görüşün hazırlıqlarını davam etdirən Vladimir İviçin yetirmələri bu gün son məşqə çıxacaqlar. Komandanın heyətlə bağlı ciddi problem yaşamaması İviçi sevindirməyə bilməz. PAOK-un yeganə itkisi Dimitris Pelkasdı. Fərdi məşqlərlə kifayətlənən Yunanıstan millisinin yarımmüdafiəçisi sabahkı qarşılaşmanı buraxmalı olacaq. Lakin həkimlər 23 yaşlı oyunçunun "Qarabağ"la oyuna yetişəcəyini bildiriblər.
 
Qeyd edək ki, PAOK - "Qarabağ" matçı noyabrın 3-də keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR