Evdə partlayış: yaralanan var

Evdə partlayış: yaralanan var
18:27 29 Oktyabr 2016
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda yaşayış evində partlayış olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Köhnə Xaçmaz kəndində baş verən hadisə zamnaı 1981-ci il təvəllüdlü Firuzə Sadmanova yanıq xəsarətləri alıb. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının bədəninin müxtəlif hissələrinin yandığı bildirilir.

Partlayışdan sonra evdə başlayan yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsini qarşısı alınıb.

Fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/484489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR