Yerə mələklər enəcək, gələn il 2017 yox, 2015-ci il olacaq – HAMININ GÖZLƏDİYİ GÜN

Yerə mələklər enəcək, gələn il 2017 yox, 2015-ci il olacaq – HAMININ GÖZLƏDİYİ GÜN
18:43 29 Oktyabr 2016
515 Ölkə
Ölkə mətbuatı
A- A+

SSRİ-nin yenidən qayıdacağını deyirlər. (Putinin arzuları deyəsən çin olacaq). Əvəzində Amerika Yer üzündən silinəcək. 100 ildən artıqdır davam edən bu iki cəbhənin – biri Rusiyanın ruunda davam edir, o biri qırmızıların ittifaqını qəbrə sallayadan sonra təkqütblü dünya qurmaq istəyinin əsirinə çevrilib – mübarizəsini “siyasi dergi” (derbi: futbol oyununda əzəli rəqiblərin qarşılaşması) adlandıra bilərik. İndi deyilənlərə görə, vaxtilə “qırmızı kart” alıb gözləmə zalına göndərilən SSRİ-nin ruhu Rusiyanın bədənindən çıxaraq, yenidən yaşıl meydanlara dönür. Və əsil “derbi” bundan sonra başlayacaq.

SSRİ yenidən yaranacaq, ABŞ yer üzündən silinəcək və... - QORXUNC PROQNOZ

İnsanları az da olsa baş verəcəklərdən qorumaq üçün...



Bunu deyən Edqar Keysdir (amerikalı öncəgörən).

“SSRİ yenidən birləşəcək, ABŞ yer üzündən silinəcək, Karib dənizində torpaq yaranacaq” – Keys hələ XX əsrin əvvəlində bu haqda danışırdı. Hansı ki, o vaxt SSRİ yenicə yaranmışdı və kimsə əsrin sonunda ittifaqın dağılacağını desəydi, ona ən yaxşı halda “başı xarab olub” deyərdilər. Amma Keysi belə qarşılamadılar, hətta Amerika həkimlər assosasiyası ona seanslar keçirmək üçün lisenziya da vermişdi. O, bütün bunlarə intiusiyaya əsaslanaraq deyirdi.

Onda...

“İkincisi başlamamışdı hələ,
atom bombası atılmamışdı
Xirosimaya...”
(Nazim Hikmət, “Vətən xaini”).

II Dünya müharibəsi başlandı və bitdi. Nasistlər müttəhim kürsüsünə çıxarıldı, Berlin divarları dağıdıldı, SSRİ bir də Edqar Keysin dediyi vaxt “dirilmək” üçün “evdən çıxdı və bir daha geri qayıtmadı”.

Üzərində qırmızı köynək, başında tüklü papaq, əynində yamaqlı şalvar, ayağında “vetnanka”, görənlərdən xahiş olunur, Movzaleya yaxınlaşsınlar...” – elanları verilsə də, hələ də mumyalanan Leninə heç kim xoş xəbər gətirməyib.

Əvəzində Böyük müharibənin qalibi Stalin oldu və illər sonra Publika.az yazdı:

“II Dünya müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏD”.

II Dünya Müharibəsini Stalin başlayıb – ŞOK SƏNƏD

Ukraynanın Ali Radası II Dünya Müharibəsi haqqında Ukrayna, Polşa və Litva parlamentlərinin həmrəylik bəyannaməsini qəbul edib.

Bütün bunlar artıq tarixdir. Tarix həm də “arxa cibinə doldurub saxladıqları” ilə də zəngindir. Elə II Dünya müharibəsində seks kölələrinin olduğu kimi...

II Dünya Müharibəsi və seks kölələri FOTOLAR

Güllələrin yağış və külək kimi uçduğu şərtlərdə döyüşən və həyatını ortaya qoyan əsgərlərin istirahət və rahatlanmağa ehtiyacı vardı

Və illər keçəcək, II dünya müharibəsinin başa çatmasından 20 il sonra dünyaya göz açan bir uşaq XXI əsrdə yarım milyon insanı qətlə yetirəcəkdi.

Bu uşaq yarım milyon insanı öldürüb - FOTOLAR

Hətta bu ölümlərin arxasında ABŞ, Rusiya, yaxud digər güclər dayanır.

Tarix axtarış elanı verilən qırmızı imperiyanın bizə “qolçomaq” kimi sırıdığı Kərbəlayı İsmayılın əsil kimliyini də tanıdacaq, ermənilərə qan uddurmasından danışacaqdı.

Ermənilərin qənimi olan Kərbəlayı İsmayıl haqqında bilmədiklərimiz - FOTOLAR

Yazıçı Fərman Kərimzadənin 1967-ci ildə çap etdirdiyi “Qarlı aşırım” romanı bir zamanlar erməni daşnaklarına qarşı mübarizə aparmış Kərbəlayı İsmayılın sovet rejiminə qarşı mübarizəsinin bir sıra detallarını gündəmə gətirdi.

O ermənilər ki, Azərbaycan ərazilərini işğal edib və bu gün qaytarmağa məcbur edilir.

Üç böyük gücün Ermənistandan Qarabağ tələbi – Putinin adamı açıqladı

“Apreldə “dördgünlük müharibə”dən sonra bağlı qapılar arxasında münaqişənin həlli ilə bağlı aktiv danışıqlar başlandı. Danışıqlar masasında “Kazan düsturu” adlanan həll variantı var idi. Lakin Ermənistanın daxilindəki siyasi vəziyyət bu razılıqların reallaşmasına mane oldu”.

Və bir oktyabr günü müğənni Vüqar onun videosunu yayan ermənilərə sərt cavab verəcəkdi.

Erməni tərəfindən VİDEOSU yayılan Vüqar: “O dığanı...”

"Onun erməni olduğunu mən polisdə bildim”

Deməli, erməni “dığalarından” biri iddia edir ki, Vüqarı Moskvada döyürmüşlər, o da azərbaycanlını xilas eləyib. Bizim Vüqar da virtual olsa da, onun cavabını verdi.

***

Yox hələ heç nə qurtarmayıb. Müharibələri, işğalları, elə lap Vüqarı da bir kənara qoyub, sizə bir az da qarşılaşdığımız hadisələrdən nəql edim. (oxucular onsuz da “nağılları” xoşlayır).

Xəbər yayıldı ki, Bakıda gənc qız özünü maşının altına atıb.

Bakıda gənc qız özünü maşının altına atıb

Bakı şəhərində 24 yaşlı qız intihara cəhd edib.

Səbəb... “səbəbi yox göz yaşlarımın”. Son vaxtlar qızların intihar cəhdləri artmaqdadır. Təkcə bizdə yox, elə dünyanın özündə də qızlar bu cahana sığmırlar. Elə buna görədir ki, cinsiyyətini dəyişən kişilər özünə toy çaldırır, hələ bir fotosessiya eləyib yayırlar da.

Biabırçılıq: Cinsiyyətini dəyişdirən kişi gəlin oldu - FOTOLAR

Əməliyyatla cinsiyyətini dəyişdirib qız olan dağıstanlı Adam özünə vətənində təmtəraqlı toy edib.

“Bu dünyanın axırıdırmı?” deyə sual yaranır. Dünyanın axırının olduğunu deyə bilmərik, amma toylarda təmtərağın deyəsən sonu çatıb. Daha bundan sonra toylarda içki içib, tort kəsə bilməyəcəksiniz.

Toylarda içki içmək, tort kəsmək... qadağan olundu - VİDEO

Çeçenistanda toy mərasimləri zamanı bir çox şeylərə qadağalar tətbiq edilib.

Söhbət cinsiyyətini dəyişib ərə gedən kişinin vətəni olan Dağıstanın qonşusu Çeçenistandan gedir. Bu iki hadisə arasında bir bağlantının olması ehtimalı böyükdür.

Dünya yeyib-içmək, bir tikə çörək tapmaq, ərə getmək, evlənmək hayında olsun, sizə NASA-nın işindən-gücündən də danışaq. Kosmosa uçan NASA xəbər yayıb ki, gələn ay Yer kürəsi qaranlığa qərq olacaq.

TƏCİLİ: 2016-cı ilin noyabrında Yer 15 gün qaranlığa qərq olacaq

NASA-dan təcili xəbər: Noyabr ayı ərzində 15 gün ardıcıl günəş üzü görməyəcəyik.

Bu xəbər bütün dünyada ajiotajla qarşılansa da, bircə ərəblərə təsir etməyib. Şeyxlər öz keflərindədir. Deyəsən, onların evlənməkdən başqa heç bir işləri yoxdur.

Ərəb qadınlarının GİZLİNLƏRİ: Şərikli ər, lüt bədənə çarşab, kişi ilə... - FOTOLAR

Ərəb şeyxlərinin zənginliyi haqqında əfsanələr gəzir. Onların həyatı yalnız nağıla ilə müqayisə oluna bilər. Lakin Birləşmiş Ərəb Əmirliklərinin heç də bütün sakinləri şeyxlər kimi yaşamır.

***

Edqar Keysdən təsirlənən bir oxucumuzun dedikləri isə bütün xəbərləri kölgədə qoyur, bayaqdan yazdıqlarımızı da qatlayıb kənara tullayır. İntiusiyası güclü olduğunu iddia edən bu oxucu intiusiya haqda xəbəri oxuyandan sonra düşündüklərini bizimlə paylaşmaq qərarına gəlib. İstəyir ki, onun bu istedadını ictimaiyyətləşdirək. Adam deyir ki, “tarixin sonu çatıb. Artıq zaman geriyə işləyəcək. Misal üçün, gələn il 2017-ci il yox, 2015-ci il olacaq. Geriyə gedən tarix 2012-ci ilə çatanda – həmin tarixdə dünyanın dağılacağı ehtimalına xüsusi vurğulayır – göydən Yer üzünə mələklər enəcək, planeti “hanniballar” bürüyəcək, yeganə təmiz yer bizim gözəl ölkəmiz Azərbaycanımızın dağları qalacaq. Sağ qalanlar bu dağara çəkiləcək”.

İntiusiyası güclü olan oxucu əlavə şeylər haqda da danışdı. Onun dediklərinə nə qulaq asmaq, nə də yazmaq üçün səbr qalmayıb. Son günlər səbrin qiyməti bahalaşdığı üçün bir az qənaət etməliyik. Amma bu da artıq faktdır ki, bizim oxucularımız son vaxtlar çox oxuduğu üçün belə şeylər ortaya çıxır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/174003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR