Lionel Messinin oğlu "Barselona"da ilk məşqinə çıxıb

Lionel Messinin oğlu "Barselona"da ilk məşqinə çıxıb
18:57 29 Oktyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 29 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messinin oğlu Kataloniya komandasında ilk məşqinə çıxıb.
"Report" xəbər verir ki, bu barədə "sport.es" portalının jurnalisti Alberto Roxe öz "Twitter" səhifəsində məlumat verib.
"Messinin oğlu Tyaqo artıq "Barselona"da məşqlərə başladı", - deyə o yazıb.
Dörd yaşlı Tyaqo Messi ilk təlimini "Barselona Məktəbi" layihəsi çərçivəsində alıb. Layihə 3-5 yaşlı uşaqlar üçün nəzərdə tutulub.



Xəbərin orijinal ünvanı: http://report.az/futbol/lionel-messinin-oglu-barselona-da-ilk-mesqine-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR