Bakıda daha bir küçə təmirə dayanır

Bakıda daha bir küçə təmirə dayanır
19:09 29 Oktyabr 2016
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir küçə təmirə dayanır.

 

Bakı Nəqliyyat Agentlindən Lent.az-a verilən məlumata görə,  Nərimanov rayonu Təbriz küçəsi 130 ünvanında yerləşən “Bakı Konqress Mərkəzinə” məxsus ərazidə abadlaşdırma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri ilə əlaqədar 2016-cı il 29 oktyabr tarixində saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işləri 24 saat davam edəcək.

 

Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR