Xaçmazda ev yandı

Xaçmazda ev yandı
19:18 29 Oktyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmazda yanğın qeydə alınıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində vətəndaşa məxsus ümumi sahəsi 289 m2 olan birmərtəbəli 6 otaqlı evdə yanğınla nəticələnən partlayış baş vermişdir. Yanğın nəticəsində evin tavanı 2 m2 sahədə yanmışdır.

Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarətləri ilə Təcili Tibbi Yardım tərəfindən Mərkəzi Şəhər Xəstəxanasına aparılmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR