Qurban Qurbanov AZAL-ı təriflədi

Qurban Qurbanov AZAL-ı təriflədi
19:27 29 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

“Çempionatın ən vacib xallarından birini qazandıq. Bu stadionda oynamaq həmişə çətin olur. Fanat.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.


Topaz Premyer Liqaısnın X turunda səfərdə AZAL-ı məğlub edən (1:0) Ağdam klubunun çalışdırıcısı oyunsonrası mətbuat konfransında rəqibi tərifləyib: “Futbolçular qalib gəlmək üçün çox çalışdılar. Hər birinə "çox sağ ol" deyirəm. Azarkeşlərə də təşəkkür edirəm. AZAL-a uğurlar arzulayıram. İrəliyə doğru inkişaf var. Bu komanda məğlub olmağı sevmir. Reynaldo və Migel Maderanın qarşıdakı oyunda oynamaq ehtimalı var. Hətta Migeli “18”-liyə salmaq istəyirdim. Həkimlər icazə vermədi. Bunun riskli olduğunu dedilər. Ancaq qarşıdakı oyunlarda şans verə bilərəm”.


Fanat.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR