Mehdiabadda 27 yaşlı qadın vuruldu

Mehdiabadda 27 yaşlı qadın vuruldu
20:05 29 Oktyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Mehdiabad qəsəbəsində yolu keçmək istəyən 1989-cu il təvəllüdlü Məmmədova Azadə Mikayıl qızını naməlum avtomaşın vuraraq hadisə yerindən qaçıb.
Xəstəxanaya çatdırılan qadın sağ diz və sağ dirsəyindən xəsarət alıb.
Hazırda polis sözügedən sürücünün şəxsiyyətinin müəyyən edilməsi və onun saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR