Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlanır

Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlanır
21:38 29 Oktyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

29 oktyabr tarixində saat 22:00-dan etibarən Gülarə Qədirbəyova küçəsində (Təbriz küçəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a Bakə Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi 130 ünvanında yerləşən “Bakı Konqress Mərkəzinə” məxsus ərazidə abadlaşdırma işlərinin aparılması məqsədilə Gülarə Qədirbəyova küçəsi ilə Xətai prospektinin kəsişməsində yağış suları və kanalizasiya xətlərinin şəhər şəbəkəsinə qoşulması işləri görüləcək.

Təmir işlərinin 24 saat davam edəcəyi bildirilir.

Sürücülərə alternativ olaraq Əhməd bəy Ağaoğlu və Həsənoğlu küçələrindən istifadə etmələri tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/174017.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR