Qazaxıstan neft hasilatını dondura bilər

Qazaxıstan neft hasilatını dondura bilər
22:05 29 Oktyabr 2016
57 Dünya
Ölkə mətbuatı
A- A+

Qazaxıstan neft hasilatının "dondurulmasını" və ya azaldılmasını nəzərdən keçirməyə hazırdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Mazqum Mirzaqaliyev bildirib.    
 
"Biz bu məsələni hələlik ölkə daxilində müzakirə etməyə hazırıq. Bugünkü toplantıda fikir mübadiləsi aparmaq, OPEK və qeyri-üzv ölkələrin yanaşmaları ilə tanış olmaq bizim üçün  çox vacib idi", - deyə nazir müavini bildirib.  
 
Qeyd edək ki, bu gün Vyanada OPEK və qeyri-üzv ölkələrin texniki görüşü keçirilib.
 
Neft hasilatının həcminin məhdudlaşdırılmasına dair yekun qərarın OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək rəsmi görüşündə qəbul ediləcəyi gözlənilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR