Ac qarnına su içməyin hansı faydaları var?

Ac qarnına su içməyin hansı faydaları var?
22:17 29 Oktyabr 2016
374 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Böyrəkdə daşın əmələ gəlməsinin qarşısını alır.

Mədə turşuları mədə pozğunluğu və mədə yanması ilə yanaşı böyrəkdə daşların əmələ gəlməsinə də səbəb olur. Səhər su içərək eyni zamanda daşların əmələ gəlməsinin qarşısını alırsınız. Yalnız səhərlər deyil, gün ərzində kifayət miqdarda su içməlisiniz.
 
2. İmmuniteti gücləndirir.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, kifayət qədər su içmək, limfa sistemini təmizləyir və tarazlıqda saxlayır. Bu da immun sistemini gücləndirir.
 
3. Bədəndəki toksinlərin atılmasını təmin edir.
Gecələr, orqanizmimiz özünü yeniləyərkən toksinləri ayırır. Səhər ac qarnına su içdikdə bu toksinləri bədəninizdən çölə atırsınız. Beləliklə günə yenilənmiş və sağlam bir şəkildə oyanırsınız.
 
4. Sağlam bir şəkildə arıqlamağı dəstəkləyir.
 
5. Mədə yanması və mədə pozğunluğuna qarşı müsbət təsir göstərir.
Mədə pozğunluğu, mədədə olan turşu çoxluğundan irəli gəlir. Bu turşunun yemək borusundan geri gəlməsi isə mədə yanmasına səbəb olur. Ac qarnına su içmək bu problemin həllinə yardımçı olur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR