Təqva: tikanlı səhrada libası cırılmaqdan qorumaq

Təqva: tikanlı səhrada libası cırılmaqdan qorumaq
22:22 29 Oktyabr 2016
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Nə zaman Allah bəndəsini sevsə, ona yardım edər. Allahın sevimli bəndələrindən biri - təqva əhlidir. "Allah təqvalılarladır". ("Bəqərə" 194).

"Kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir". ("Ali-İmran" 76).
"Təqvalı olanları üçün böyük bir mükafat vardır". ("Ali-İmran" 172).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, təqva, yəni gözün Allahın halalında qərar tutsun və naməhrəmin xəzinəsi olmasın. Dilin ədəb hərəmində qərar tutsun və başqasının haqqında ədəbsizlik etməsin. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Qiyamət günü bəzilərinin dilini elə uzadacaqdır ki, insanlar (bu dilin) üzərində yol gedəcək və əzəcəklər". (Erfan)
Hədislərin birində oxuyuruq ki, mələklər bəzi insanların tamam olmuş namazını, həccini, orucunu Allaha tərəf apararlar ki, Allah mələklərə buyursun ki, bu namazın, orucun, həccin üzərinə qəbul olmaq möhürü vursunlar. Ancaq Allah buyurar: "Sahibinə qaytarın ki, bu ibadətlərin heç bir dəyəri yoxdur". Niyə, çünki Allah buyurur: "Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir". ("Maidə" 27).
Əmirəl-möminin (ə) buyurur: "Təqvaya malik olun, baxmayaraq ki, az olsa belə". Yəni, təqva nə qədər az olsa da, sizin dadınıza çata bilər. Bir ərəb Səd ibni Cubeyrdən soruşur ki, təqvanı mənim üçün mənalandır. Səd bu azsavadlı insana deyir: "Heç olubmu ki, tikanlı bir yoldan bu uzun köynəyinlə getməli olmusan?". Deyir: "Bəli". Deyir: "Bəs bu uzun köynəyinlə həmin tikanlı yerdə necə getmisən? Gözünü bağlayıb getmisən?". Deyir: "Yox. O zaman ki, bu tikanlı səhradan keçirdim, iki şeyə diqqət edirdim. Biri bu idi ki, köynəyin tikana ilışməsin və parçalanmasın. Biri də bu idi ki, ayağıma tikanın batmamasına diqqət edirdim". Səd deyir: "Təqva elə bu cürdür".
Bəli, hər kimin təqvası olar, çalışar ki, özünü günahdan və haramdan qorusun, necə ki, bu ərəb özünü tikanlı səhradan qoruyurdu. Allah ancaq təqva əhlindən qəbul edir. Çünki ancaq təqva əhlinin ibadəti xalis ibadətdir. Allah təqva əhlini cənnətinə daxil edir. Çünki cənnət ancaq təqva əhlinin mükafatıdır. "Həqiqətən (gözəl) aqibət təqvalılara məxsusdur". ("Hud" 49).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR