Alzheimer xəstəliyinin ilk əlamətləri nələrdir?

Alzheimer xəstəliyinin ilk əlamətləri nələrdir?
23:47 29 Oktyabr 2016
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Alzheimer xəstəliyi irəliləyici bir xəstəlikdir. Yaddaş itkisi, gündəlik işləri yerinə yetirməkdə çətinlik çəkmə və davranış dəyişiklikləri kimi xüsusiyyətlərlə ortaya çıxır. Bəzi insanlar bu cür tapıntıları normal qocalmanın əlamətləri kimi qəbul edirlər, bəziləri də xəstəlik olduğunu düşünüb tibbi yardım istəyirlər.

Bu cür əlamətlərin depressiya kimi digər xəstəliklərə bağlı olub olmadığını qiymətləndirmək üçün həkim rəyi önəmlidir. 65 yaşdan yuxarı insanların 5%-i, 80 yaşdan yuxarı 20%-i və 90 yaşdan yuxarı olanların isə 30 faizində Alzheimer xəstəliyi var. Bu qədər sıx rast gəlinən bir xəstəliyin başlanğıc əlamətləri əhəmiyyət kəsb edir:
 
Yaddaş itkisi
Yeni öyrənilən biliklərin unudulması Alzheimer xəstəliyinin tez-tez görülən erkən əlamətlərindəndir. İnsan daha tez-tez unutmağa başlayır və daha sonra da xatırlamır.
 
Qərar vermək qabiliyyətində azalma
Alzheimerli xəstələr uyğun olmayan tərzdə geyinə bilərlər. İsti bir gündə bir neçə qat və ya soyuqda nazik geyinərlər.
 
Yaşadığı yerə dair suallar
Alzheimerli xəstələr öz səmtlərini itirməyə başlayırlar. Harada olduğunu, oraya necə gəldiyini və evə necə geri qayıdacağını unudurlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/484104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR