Şəmkirdə 20 yaşlı qadın dəm qazından zəhərləndi

Şəmkirdə 20 yaşlı qadın dəm qazından zəhərləndi
23:52 29 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirdə dəm qazından zəhərlənmə olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Keçili kənd sakini 1996-cı il təvəllüdlü Cəvahir Süleymanova dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Məlumata görə, C. Süleymanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR