"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb

"Barselona" öz meydanında keçirdiyi 1500-cü oyununda qələbə qazanıb
03:27 30 Oktyabr 2016
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Barselona" futbol üzrə İspaniya çempionatının 10-cu turunun ev oyununda "Qranada"nı 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, bu, klubun "Kamp Nou" stadionunda keçirdiyi 1500-cü oyun olub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Rafinya vurub. Yubiley oyununda 82 mindən çox tamaşaçı iştirak edib.
"Barselona" bu qələbədən sonra on oyuna 22 xal yığaraq Premyer Liqanın 2-ci pilləsinə yüksəlib. "Qranada" 3 xal ilə turnir cədvəlinin sonuncu yerindədir.
Kataloniya klubu növbəti matçını noyabrın 6-da səfərdə "Sevilya" ilə keçirəcək.
"Barselona" öz ev oyunlarını 1957-ci ildən "Kamp Nou"da keçirir. Komanda 1500 ev oyununun 1119-da qələbə qazanıb, 143 görüş məğlubiyyətlə bitib.


Xəbərin orijinal ünvanı: http://report.az/futbol/barselona-oz-meydaninda-kecirdiyi-1500-cu-oyununda-qelebe-qazanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR