Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi

Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi
04:09 30 Oktyabr 2016
87 Digər
Ölkə mətbuatı
A- A+

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaret aşkarlayıblar. DGK mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi  nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd  siqaret aşkar edilib.

 

 Faktla bağlı araşdırma aparılır.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR