Bananla asan piroq - FOTO

Bananla asan piroq - FOTO
07:05 30 Oktyabr 2016
249 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az  bananla asan piroqun hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: Çərkəz toyuğu

Tərkibi: 

xəmir:
200 q un 
1 yumurta
1 x.q. şəkər tozu 
1 ç.q qabartma tozu 
100 q kərə yağı 

üzərinə:
200 q xama
1 yumurta
2 x.q. un 
100 q şəkər tozu

iç: 
2 banan

Şəkər tozunu yumurta ilə çalın. 
Qabartma tozu və yumşaldılmış kərə yağını əlavə edin. Un qatıb yaxşıca qarışdırın. 
Bananı fal-fal doğrayın.
Yumurtanı şəkər tozu, xama və unla çalın. 
Yağlanmış formaya xəmiri döşəyin, kənarlarını qaldırın. 
Üzərinə banan dilimlərini düzün. 
Üzərinə xamalı qarışığı tökün. 
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR