Ronaldu İspaniya çempionatında 350-ci qolunu vurub (VİDEO)

Ronaldu İspaniya çempionatında 350-ci qolunu vurub (VİDEO)
07:08 30 Oktyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının portuqaliyalı forvardı Kriştianu Ronaldu futbol üzrə İspaniya çempionatında "Alaves"lə keçirilən səfər oyununda üç qol vurub.

"Report" xəbər verir ki, bu het-trik portuqaliyalı hücumçu üçün bütün turnirlərdə 43-cü, İspaniya çempionatında isə 31-ci olub. İlk top onun İspaniya Premyer Liqasında vurduğu 350-ci qol olub.

Qarşılaşma 4:1 hesabı ilə "Real"ın xeyrinə başa çatıb.

Ronaldu matçın 79-cu dəqiqəsində penalı vura bilməyib. Bu, yerinə yetirilən son yeddi 11 metrlik cərimə zərbəsindən artıq dördüncüdür ki, futbolçu vura bilmir.

"Kral klubu" 10 turdan sonra İspaniya çempionatının birinci pilləsində qərarlaşıb. Paytaxt klubu növbəti oyununu noyabrın 6-da "Leqanes"ə qarşı keçirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR