Dəm qazından ölənlərin sayı artır: kabusdan qurtulmağın sadə yolu var (VİDEO)

Dəm qazından ölənlərin sayı artır: kabusdan qurtulmağın sadə yolu var (VİDEO)
08:03 30 Oktyabr 2016
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazsızma, qazla ehtiyatsız davranma və diqqətsizlik nəticədə bədbəxt hadisələrə səbəb olur. Təkcə bu gün 3 nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Ümumilikdə isə son 10 gündə 14 nəfər qazla ehtiyatsız davranmanın qurbanı olub.

Əslində isə belə bədbəxt nəticələrdən qaçmaq mümkündür. Bunun üçün sadəcə olaraq qaz sobasının quraşdırıldığı otaqlarda detektor yerləşdirmək lazımdır.

Ancaq maraqlıdır ki, təhlükə bu qədər real və üstəlik ondan çıxış yolu sadə olduğu halda, qaz detektorları barədə bir çoxları xəbərsizdir.

"Azəriqaz"dan bildirdilər ki, qaz detektorlarının qoyulmasına onlar nəzarət etmirlər. Detektorları abonentlərin özləri öz vəsaitləri hesabına alıb quraşdırılmalıdır.

Bazarlarda isə detektorlar həm qiymət, həm də alış yeri baxımından əlçatandır. Buna baxmayaraq, insanların detektorlara maraqları kifayət qədər deyil.

İstənilən halda söhbət insan həyatından gedir və buna ilk növbədə insanın özü laqeyd olmamalıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/174040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR