Xalq artistinin 75 yaşı oldu: “Əlayam”

Xalq artistinin 75 yaşı oldu: “Əlayam”
09:21 30 Oktyabr 2016
59 Şou
Ölkə mətbuatı
A- A+

Dünən xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Ağaxan Salmanlının 75 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, yubilyar doğum gününü səhnədə qeyd etdiyini bildirib:

“Gənc Tamaşaçılar Teatrında uşaqlar üçün quruluş verdiyim "Tıq-tıq xanım" tamaşası nümayiş olundu. Mən də həmin tamaşada “Xan” rolunda çıxış etdim. Bütün kollektiv tamaşaçılarla birgə səhnədə məni təbrik etdi. Özümü əla hiss edirəm”.

Aktyorun sözlərinə görə, mart ayından etibarən 75 illik yubileyi ilə əlaqədar ünvanına təbrik mesajları və hədiyyələr gəlməkdədir:

“Yubileyimlə bağlı Prezidentin Fərdi Təqaüdü mükafatına layiq görüldüm”.

Mənbə: aznews.az


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR