Röya ilə Miri Yusifin küsülü olduqları xəbəri yayılıb

Röya ilə Miri Yusifin küsülü olduqları xəbəri yayılıb
11:01 30 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan və müğənni Miri Yusifin küsülü olduğu bildirilib.

Axşam.az-ın məlumatına görə, "Xəzər maqazin" verilişində onların küsülülüyünə Miri Yusifin "Yaşıl Teatr"da baş tutan konsertinə Röyanın gəlməməsinin səbəb olduğu vurğulanıb.

Miri Yusif deyib ki, onun həmkarı ilə arasında heç bir inciklik yoxdur:

"Şayiələrə inanmayın. Biz Röya ilə ailəvi dostluq edirik. O, mənim həyat yoldaşım Nərgizi də çox istəyir".

Röya isə bildirib ki, yaxşı sənətçilər heç vaxt dava etmir:

"Əgər dava edirlərsə, demək, onlardan biri pisdir. İndi kişi ifaçıları arasında üzərində ən çox işləyən Miri Yusifdir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR