Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: 15 yaralı

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb: 15 yaralı
11:37 30 Oktyabr 2016
21 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Saratov vilayətinin Tatişevsk rayonunda yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Karyakin kəndinin 5 kilometrliyində qeydə alınıb.
Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb. Onlardan biri onurğa sınığıyla xəstəxanaya yerləşdirilib.
"Qəza zamanı 15 nəfər xəsarət alıb. Onların əksəriyyətində yüngül kəsiklər və zədələr var", - deyə fövqəladə xidmətlərdəki mənbə agentliyə bildirib. Onun sözlərinə görə, avtobusun sərnişinlərindən biri Özbəkistan vətəndaşıdır. 
Hadisə zamanı nəqliyyat vasitəsində ümumilikdə 24 sərnişin olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR