Kamran Ağayev qapısını toxunulmaz saxladı

Kamran Ağayev qapısını toxunulmaz saxladı
12:12 30 Oktyabr 2016
100 İdman
Ölkə mətbuatı
A- A+

Ötən gün Portuqaliya çempionatında IX turun 4 oyunu keçirilib. Qeyri-məhsuldar gündə qapılara cəmi 3 qol vurulub. Goal.az xəbər verir ki, millimizin üzvləri Kamran Ağayev və Emin Mahmudovun formasını geyindiyi "Boavista" klubu da növbəti oyununu keçirib. Portu təmsilçisi öz meydanında "Estoril" klubunu qəbul edib. Oyunda hesab açılamyıb. Kamran Ağayev 90 dəqiqə meydanda mübarizə aparıb. Mahmudovun adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

"Boavista" bu nəticədən sonra xallarının sayını 10-a çatdırıb və turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR