"Ronaldunun hərəkətinə gülməyimi saxlaya bilmədim"

"Ronaldunun hərəkətinə gülməyimi saxlaya bilmədim"
12:47 30 Oktyabr 2016
119 İdman
Ölkə mətbuatı
A- A+

"Liverpool"un eks-müdafiəçisi və hazırda ekspert kimi fəaliyyət göstərən Ceymi Karraqer "The Daily Mail"də ona ayrılan guşədə Krişitanu Ronaldu barədə fikirlərini bildirib. Goal.az xəbər verir ki, Karraqer portuqaliyalı ulduzun komanda uğurlarındansa, fərdi mükafatlara meyilli olduğunu yazıb.

"Elə təsəvvür yaranır ki, Ronaldu Çempionlar Liqasının qalibi olmaqdan daha çox, "Qızıl top"u qazanmaqdan məmnun olur. Ötən həftə "Athletic Bilbao" ilə oyunu götürək. Alvaro Moratanın vurduğu qələbə qolu zamanı hakimə ofsayd işarəsi etməsinə gülməyimi saxlaya bilmədim. "Real"ın bəzi oyunçuları Ronaldunun hərəkətinin səhv başa düşülməsi ilə bağlı mübahisə etsə də, şəkillər hər şeyi deyir. Messi və Ronaldo arasında fərq var. Kimin tərəfində olduğumu gizlətmirəm. Bu, həmişə Messidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR