Meyxanaçılar arasında qalmaqal

Meyxanaçılar arasında  qalmaqal
13:11 30 Oktyabr 2016
213 Şou
Ölkə mətbuatı
A- A+

"Meyxananın vəziyyəti o qədər də ürəkaçan deyil. Toylarda da deyirlər ki, meyxana olmaz. Bu durum mənə pis təsir edir".

Axşam.az-ın məlumatına görə, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Xəzər maqazin" verilişində deyib. İfaçı meydanda tək olduğunu bildirib:

"Düşünürəm ki, bu yolda tək olduğum üçün çətindir. Meyxanaya tam qayıtmayacam, qismən məşğul olacam. Meyxananı yüksəklərə qaldırmaq lazımıdr. Bir az səviyyəni qaldırmışdıq, amma yenə düşüb".
 
N.Qaraçuxurlunun bu sözləri həmkarlarını əsəbiləşdirib. Onlar həmkarlarının sözlərinə etiraz ediblər.

Pərviz Bülbülə "Onun müştərisi azala bilər. Meyxananı istəyənlər isə azala bilməz. Bu sahədə mənim də zəhmətim var və bunu danmaq olmaz. Elə insan olub ki, meyxananı mənim sayəmdə sevib" deyə, söyləyib.

Rəşad Dağlı da Namiqə etirazını bildirib:

"Meyxananın yetərincə perespektivi var. Meyxana bir-iki il verilişlərdə səslənməsə də, gündəmdə qala bilər. Hər malın öz müştərisi var".

Mehman Əhmədli isə "Namiq hazırda meyxana ilə məşğul olmur. Mənim meyxana sahəsində yetirmələrim göz qabağındadır" deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR