Katalin Tira "Neftçi"dən qovuldu - RƏSMİ

Katalin Tira "Neftçi"dən qovuldu -   RƏSMİ
15:17 30 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

“Neftçi” rumıniyalı futbolçu Katalin Tira ilə müqaviləyə xitam verib. Fanat.Az xəbər verir ki, bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub.


Klubun icraçı direktoru Orxan Hüseynzadə bununla bağlı açıqlama verib: “Biz Katalin Tira ilə müqaviləyə qarşılıqlı razılıq əsasında təzminat ödəmədən xitam verdik. Sabah ona aylıq məvacib ödəniləcək və tərəflərin bir-birinə heç bir borcu qalmayacaq”.


Qeyd edək ki, oktyabrın 25-də "Qarabağ"la oyun zamanı "Neftçi" klubunun azarkeşlərindən biri meydana daxil olub. O, Katalin Tiraya narazılığını bildirib. Bundan sonra Katalin azakeşə hücum edərək ona zərbə vurub. Futbolçu bu hərəkətinə görə 5 oyunluq cəzalandırılıb.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-katalin-tira-quotneftciquotdn-qovuldu-t53746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR