Əfqanıstanın təhlükəsizlik qüvvələri 70 silahlını zərərsizləşdirib

Əfqanıstanın təhlükəsizlik qüvvələri 70 silahlını zərərsizləşdirib
15:47 30 Oktyabr 2016
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 30 oktyabr. REPORT.AZ/ Əfqanıstanın təhlükəsizlik qüvvələri son sutka ərzində 70 silahlını zərərsizləşdirib.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Məlumata görə, bununla bağlı əməliyyat ölkənin müxtəlif regioanlarında keçirilib. On beş vilayətdə keçirilmiş irimiqyaslı əməliyyata ordu ilə yanaşı, polis və kəşfiyyat orqanları da cəlb edilib.
Birləşmiş qüvvələr artilleriyanın dəstəyi ilə onlarla əldəqayırma partlayıcı qurğunu zərərsizləşdiriblər.
Əməliyyat zamanı 9 hərbçi həlak olub. On beş silahlı yaralanıb, 20 silahlı isə həbs edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR