Adil Şükürov komandasını qəhrəman adlandırdı

Adil Şükürov komandasını qəhrəman adlandırdı
17:07 30 Oktyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

"Çox döyüşkən komandaya qarşı oynadıq. Özümüzü xoşbəxt sayırıq. Belə bir şəraitdə futbol oynamaq azarkeşlərə ürək açıqlığı verir. Futbolçulara təşəkkür edirəm”.


Bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov bu gün Premyer Liqanın X turunda “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən bildirib.


O, keçirdiyi mətbuat konfransında bu görüşlə bağlı sualları cavablandırıb:

 

- Cavid Tağıyevi oyunun qəhrəmanı hesab etmək olar?

- Futbol komanda oyunudur. Cavidin qol vurması üçün bütün futbolçular əziyyət çəkirlər. Bu gün bütün komandanı qəhrəman hesab edirəm.


- Oyunun gedişi zamanı iki futbolçunuz zədələndi. Bunu süni örtüklü meydançalarla əlaqələndirmək olar?

- Oyundan əvvəl Proqninin əzələsində yüklənmə var idi. Ancaq Proqnini belə tez əvəzləməyi düşünmürdüm. İnşallah, tezliklə komandaya qayıdarlar.


- "Zirə”nin futbolçuları hava toplarında mübarizə apara bilmirlər. Bu məsələ sizi nə dərəcədə narahat edir?

- Biz özümüz bilirdik ki, "Kəpəz” futbolçuları hava toplarında yaxşı oynayırlar. Bu, bizim üçün böyük problemdi. Qarşıda uzun çempionat var və bunu aradan qaldırmağa çalışacağıq (futbol11.az).


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-adil-ukurov-komandasn-qhrman-adlandrd-t53750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR