"Çelsi"yə keçdiyim üçün peşaman oldum" - Antonio Konte

"Çelsi"yə keçdiyim üçün peşaman oldum" -   Antonio Konte
17:27 30 Oktyabr 2016
94 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi"nin baş məşqçisi Antonio Konte maraqlı açıqlamalar verib. Fanat.Az xəbər verir ki, italyan mütəxəssis London klubu ilə müqavilə imzaladığı üçün peşman olduğunu bildirib:


"AVRO-2016"da keçirdiyimiz son oyundan sonra paltardəyişmə otağında duyğusal anlar yaşandı. Hamı ağlayırdı. Hər kəs birlikdə son günümüz olduğunu bilirdi. Məni çox üzən dəqiqələr oldu. Komandamla o duyğuları yaşamaq mənim üçün xüsusi bir hadisə idi. Amma 3 gün sonra "Çelsi"də işə başlamalı idim. Turnirdən öncə "Çelsi" ilə müqavilə imzalamasaydım o an təklifi qəbul etməzdim. Bir anlıq peşmanlıq hissi keçirdim və "Kaş ki, müqavilə imzalamayaydım" dedim. Müqavilə olmasaydı, o gözəl uşaqlardan ayrılmazdım".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotcelsiquoty-kecdiyim-ucun-peaman-oldumquot-t53752.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR