“İnter Arena”da azarkeş meydana girdi, heç kimin vecinə olmadı

“İnter Arena”da azarkeş meydana girdi, heç kimin vecinə olmadı
18:07 30 Oktyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının X turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” oyununda maraqlı hadisə baş verib. Meydan sahiblərinin 3-cü qolundan sonra futbolçular bunu qeyd edərkən meydana bir azarkeş də daxil olub.
 
“Bankirlər”in tərəfdarı qolu oyunçularla birlikdə qeyd etdikdən sonra asta qaçışlarla meydanı tərk edib. Azarkeş bundan sonra öz yerində oturmaq əvəzinə klubun bazasına tərəf hərəkət edib.
 
Maraqlıdı ki, azarkeşin meydana daxil olmasına nə polislər, nə klub mühafizəçiləri, nə də futbolçular reaksiya verməyiblər.
 
Qeyd edək ki, hazırda son dəqiqələri oynanılan matçda “İnter” 3:1 hesablı qələbə qazanır.(Apasport.az)

Fanat.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR