Eşq acısı saçların tökülməsinə səbəb olur

Eşq acısı saçların tökülməsinə səbəb olur
18:13 30 Oktyabr 2016
152 Digər
Ölkə mətbuatı
A- A+

Ani dəyişikliklər: itkilər, ayrılıq, eşq acısı, ölüm, boşanma və s. kimi hallar insanın ruhi sağlamlığına zərər verdiyi kimi, saçların da tökülməsinə səbəb olur. Uzun müddət davam edən stress hətta dazlaşmaya gətirib çıxarır.

Bəs insana gözəllik və xarizma bəxş edən saçları xilas etmək üçün nə etmək olar?

Publika.az bu suala aydınlıq gətirib.

Stressi yox et, saçı geri qazan!

Saçın müvəqqəti tökülməsi prosesinə "telogen effluvium" deyilir. Normal şərtlərdə bitkilərin yarpaq və çiçəkləri kimi saçlar da müəyyən bir müddət böyüyür, daha sonra isə böyüməsi dayanır və saç tökülməyə başlayır. Saçın 85 faizi böyümə mərhələsində olur.

Saç telləri eyni zamanda böyüyə və tökülə bilməz. Hər bir saç teli fərqli müddətlərdə böyümə-tökülmə mərhələsi keçirir və normal şərtlərdə gündəlik tökülmə saçda həcmin azalması ilə müşahidə edilmir.

Saçın böyümə müddəti kişilər üçün 1-3 il, qadınlar üçün isə 2-5 il olaraq təyin olunur.

Ancaq bəzən saçlar bir sıra faktorlar səbəbindən böyümə mərhələsini ani şəkildə dayandırıb tökülməyə başlayır. Keçici saç tökülməsi halı 6-12 həftə davam edə bilər. Bu zaman hər gün150 saç teli tökülə və saçda ümumi seyrəlmə müşahidə oluna bilər. Bu cür saç tökülməsinin səbəbini tapıb aradan qaldırdıqda bir müddət sonra saç əvvəlki vəziyyətini bərpa edir.

Stress keçəlləşdirir!

Keçici saç tökülməsinə stress səbəb olursa və siz stressdən xilas ola bilmirsinizsə, bir müddət sonra saçlarınıza əlvida deməli olacaqsınız. Çünki bu gün mədə xorası, ürək xəstəlikləri, yüksək qan təzyiqi kimi problemlərin əsas səbəbkarı kimi göstərilən stress saça da mənfii təsir edir və keçəlləşməyə səbəb olur.

Qeyd edək ki, stresslə yanaşı başqa faktorlar da saçın tökülməsinə səbəb ola bilər:

*Qızdırma

*Yüksək dozada antibiotik qəbul etmək

*Soyuqlama, qrip

*Eşq acısı

*Əməliyyat keçirmək

*Hormon müalicəsi və antidepresant dərmanlardan istifadə etmək

*Qısa müddətdə şok pəhrizlə və ya xəstəlik nəticəsində sürətli şəkildə arıqlamaq

*Doğuşdan sonra qanda hormon səviyyələrindəki ani dəyişikliklər

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/tabloid/79298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR