Bakıda qazıntı zamanı hərbi sursat tapıldı

Bakıda qazıntı zamanı hərbi sursat tapıldı
18:24 30 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilib və müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 14:35-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258080

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR