Bakıda döyüş sursatı tapıldı

Bakıda döyüş sursatı tapıldı
18:42 30 Oktyabr 2016
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Milli.Az qurumun saytına istinadən bildirir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilib və müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir. Sursat aidiyyəti üzrə təhvil verilib. Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilib, digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 14:35-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/484626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR