İki terror aktının qarşısı alındı

İki terror aktının qarşısı alındı
18:43 30 Oktyabr 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları ölkədə keçirilməsi planlaşdırılan iki terror aktı planının qarşısını alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirliyin işçiləri iki pakistanlını, həmçinin Suriya və Sudan vətəndaşlarını həbs ediblər. Onlar Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin futbol komandaları arasında Ciddə şəhərində keçiriləcək matçda terror aktı planlaşdırmadqa şübhəli bilinirlər.

Belə ki, şübhəli şəxslərin stadionda minalanmış avtomobili partlatmağı planlaşdırdıqları bildirilir. Cinayətkarların İŞİD terror qruplaşması ilə əlaqəli olub-olmamaları məlum deyil.

Hüquq-mühafizə orqanlarının digər məlumatına görə, polisə hücum planlaşdıran daha 4 şübhəli şəxs həbs edilib. Onların bu barədə göstərişi İŞİD rəhbərlərindən biri tərəfindən aldığı qeyd olunur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR