Ağız qoxusu probleminin çarəsi bu bitkilərdədir - FOTO

Ağız qoxusu probleminin çarəsi bu bitkilərdədir - FOTO
19:05 30 Oktyabr 2016
480 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir çox adamı narahat edən ağız qoxusu sosial həyata zərbə vurur. Ətrafdakılara da narahatlıq verən ağız qoxusu burun, ağız, tənəffüs yolu və mədə xəstəlikləri nəticəsində ortaya çıxa bilər. Eləcə də çürük dişlər, diş əti infeksiyaları, xroniki badamcıq vəzisi iltihabı, xroniki bronxit, ağciyər xəstəlikləri, xroniki qastrit və ağız boşluğu xəstəlikləri ağız qoxusuna yol açır. Bəziləri qəbizliyin də ağız qoxusuna səbəb olduğunu deyir. Amma belə deyil. Mütəxəssislər ağız qoxusundan xilas olmaq üçün bəzi bitkilərin müsbət təsirlərini olduğunu bildirir.

Milli.Az publika.az-a istinadən ağız qoxusunu aradan qaldıran bitkiləri təqdim edir.

Kərəviz

Bir litr suya kərəviz yarpağı qatıb qaynadılır. Bir müddət sonra süzüb gün ərzində qarqara edin.

Acı yovşan

Bir fincan qaynar suya yarım çay qaşığı acı yovşan otu töküb soyuduqdan sonra süzərək səhərlər qarqara edin və tüpürün.

Zəncirotu

Həvəng dəstədə döyülərək toz halına gətirilən bir ovuc zəncirotu kökünü bir litr suyun içinə atıb qaynadın. Sonra süzüb gün ərzində fasilələrlə 3 fincandan çox olmamaq şərti ilə için.

Sürünən dirçək

Bir litr suyun içinə bir ovuc nazik doğranmış sürünən otunu əlavə edib dəmləyin və qarqara şəklində istifadə edin.

Ənginar

Bir litr suya bir ovuc doğranmış ənginar qatıb qaynadın. Sonra suyunu süzüb qarqara edilib.

Bağayarpağı

Bir litr suyun içinə bir yemək qaşığı nazik doğranmış bağayarpağı, biyan kökü qatıb dəmləyin. Sonra süzərək gün ərzində fasilələrlə 2-3 fincan için.

Turp

Bir litr suyun içinə bir yemək qaşığı sürtgəcdən keçirilmiş qırmızı turp qabığı və bir ovuc sünbül qatılıb qaynadılır. Süzdükdən sonra qarqara şəklində istifadə edilir.

Badam+bal

Həvəngdəstə ilə öyülən badam bal ilə qarışdırılıb ac qarına bir çay qaşığı yeyilir.

Tarhana

Bir çay qaşığı tarhananı ağızda bir neçə dəqiqə çeynəyib udun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/484619.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR