Elxan Məmmədov qızıl medal qazandı

Elxan Məmmədov qızıl medal qazandı
19:12 30 Oktyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinə yekun vurulub. Milli.Az bildirir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində mübarize aparan Tural Səfquliyev ilk görüşündə Seyshel adalarinin idmançisi Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR