Millimiz son oyunda qələbə qazandı

Millimiz son oyunda qələbə qazandı
19:27 30 Oktyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması son oyununu keçirib.


Fanat.Az xəbər verir ki, Rumıniya komandası ilə qarşılaşan yığmamız qələbə qazanıb - 1:0. Qolu Xaqani Sadıqov vurub.


Xatırladaq ki, futbolçularımız qrupun ilk oyununda İngiltərə komandasına 0:2, növbəti qarşılaşmada isə Avstriya yığmasına 1:3 hesabı ilə məğlub olmuşdu.


Son oyunda qələbə qazanmaqla yığmamız ilkin seçmə mərhələni mübarizə apardığı qrupda 3-cü pillədə başa vurub.


Fanat.Az 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR