"Bizi qısqanırlar"

"Bizi qısqanırlar"
19:27 30 Oktyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

"Beşiktaş"ın prezidenti Fikret Orman İdarə heyətinin toplantısında "Galatasaray" və "Fenerbahçe"nin fəaliyyətinə də toxunub. Goal.az xəbər verir ki, Orman klubunun borc problemi olmadığını qeyd edib.

"Bir klub (red. "Galatasaray") deyirdi ki, biz avadanlıqlarımızı satmağa məcburuq. Satmasaq, guya oyunçuların maaşını ödəyə bilmirik. Bu klub Avrokuboklarda oynayırmı? Biz kiməsə belə şey demişikmi? "Fenerbahçe" İdarə heyətinin toplantısında borcunu açıqlayır, bunu kimsə sorğulamır. Biz namuslu insanlarıq. Axşama qədər iş başında oluruq. Mən "Beşiktaş"ı qəbul edəndə 330 milyon dollar borcu vardı. 100 milyon dollar faiz ödədik. Bu borcu stadionumuz olmayanda ödəmişdik. Bu klubu qısqananlar çoxdur. "Vodafone Arena"nın hər kvadratmetrində nə qədər əməyimiz var. Gündə 18 saat işləyirik, bəzən uşaqlarımızı da görə bilmirik. Təkcə avqust ayında 65 min km yol getmişik. Sizə nə etmişik biz? Teleyayım gəlirimiz yox idi, 75 milyon dollarlıq kredit götürülmüşdü. Bunun üstünü bağladıq. İndi öz təyyarələrimizlə səyahət edirik. "Beşiktaş"ın etdiyi sponsorluqlara baxın. Hər biri dünya çapında əməkdaşlıqdır. "Beşiktaş" Türkiyənin ən böyük klubudur. "Fenerbahçe" prezidenti açıqladı ki, basketboldan əldə olunan 12 milyon dollar gəlirin 7 milyonu bilet satışındandır. Ötən gün bizim oyunumuz oldu, 35 min TL gəlir əldə etdik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/484627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR