Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb
20:07 30 Oktyabr 2016
46 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 30 oktyabr. REPORT AZ/ Bazar günü Gürcüstan parlamentinə keçirilən seçkilərin ikinci turu başa çatıb.
"Report"un Gürcüstan bürosunun yerli Mərkəzi Seçki Komissiyasına istinadən verdiyi xəbərə görə, səsvermə sakit şəraitdə keçib və ciddi qanun pozuntusu qeydə alınmayıb.
İkincu turda 100 namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Səsvermənin ilkin nəticələri bir neçə saatdan sonra məlum olacaq.
Qeyd edək ki, ikinci turda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda yaradılmış 36 saylı dairədə həmyerlimiz Əhməd İmamquliyev də mübarizə aparıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR