Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb
21:05 30 Oktyabr 2016
23 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb. Milli.Az APA-ya istinadən xəbər verir ki, parlament seçkilərinin keçirilməsi üçün 50 majoritar dairədə 2 229 seçki məntəqəsi fəaliyyət göstərib. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda isə 46 seçki məntəqəsində səsvermə keçirilib.

Hazırda Marneuli ərazisindəki bütün seçki məntəqələrində də seçkilər başa çatıb. Mətbuatın məlumatına görə, Marneulidə, eləcə də digər rayonlarda bir çox seçki məntəqələrində qanun pozuntuları qeydə alınıb, müxalifət partiyasının bir nümayəndəsi döyülüb və bəzi müşahidəçilər seçki komissiyasının tərkibindən çıxarılıb, həmçinin sənədlərin lazımi qaydada doldurulmaması qeydə alınıb.

Hələlik seçki məntəqələrində səslərin sayılmasına başlanılıb. Qeyd edək ki, Marneuli rayon ərazisində yaradılan seçki məntəqələrində I turda səsvermə zamanı "Vahid Milli Hərəkat" partiyasının namizədi Əhməd İmamquliyev 48, 11%, "Gürcü Arzusu"nun namizədi Tamaz Naveriani isə 43,43% səs toplamışdı. Hələ ki hər iki namizədin nə qədər səs topladığı haqqında məlumat verilməyib. MSK-nın bildirdiyinə görə, parlamentə deputat irəli sürülən namizədlərin qələbəsi iki saatdan sonra məlum olacaq.

Qeyd edək ki, bu gün Bolnisidə də rayon icra hakimiyyəti başçısı seçkisi də başa çatıb. Məlumata görə, keçmiş icra başçısı olan Qoqi Meşveliani Bolnisidən parlamentə deputat seçilib və bu gün onun yerinə seçkilər keçirilib. Hazırda səsvermə zamanı Bolnisi rayon icra hakimiyyətinin icra başçısının müavini vəzifəsində işləyən David Şeradazaşvili rayon icra hakimiyyəti başçısı seçilib.
 
Seçkilər başa çatdıqdan sonra dərhal "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze xalqı 2016-cı il parlament seçkiləri münasibətilə təbrik edib: "Seçkilər azad, düzgün və demokratik şəraitdə keçib. Bizdə olan məlumata görə, bizim namizədlər hər bir seçki məntəqəsində liderdir," K. Kaladze bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/484655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR