Kibariyə Ərdoğanın üzündən “çimdik götürdü” - video

Kibariyə Ərdoğanın üzündən “çimdik götürdü” - video
21:26 30 Oktyabr 2016
328 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, oktyabrın 29-da Türkiyədə cümhuriyyətin elan olunmasının 93-cü ili münasibətilə Prezident sarayında mərasim təşkil edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə iştirak edən müğənni Kibariyə prezident Rəcəb Tayyib Ərdoğan üçün “Bana her şey seni hatırlatıyor” mahnısını oxuyub.

İfaçı mahnını bitirdikdən sonra “Allah Allah” deyərək Ərdoğanın üzündən “çimdik götürüb”.

Prezident digər müğənni Orhan Gencebaydan Kibariyənin ifasını 10 üzərindən neçə balla dəyərləndirdiyini soruşub. Gencebay da “10 üzərindən 11 verirəm” deyə zarafatla cavab verib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR