Bakıda döyüş sursatı tapılıb

Bakıda döyüş sursatı tapılıb
22:38 30 Oktyabr 2016
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçuda minaatan mermisi tapılb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda qazıntı işləri zamanı döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb edilərək tapılmış sursata baxış keçirilmiş və müəyyən olunub ki, bu, istifadəyə yararsız 1 ədəd 82 mm çaplı minaatan mərmisidir.

Sursat aidiyyəti üzrə təhvil verilib.

Mütəxəssislər tərəfindən əraziyə əlavə baxış keçirilmiş, digər növ şübhəli əşya aşkar edilib.

Əməliyyat saat 14:35-də başa çatıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/174084.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR