360 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu - Mahaçqalada

360 nəfər bağırsaq infeksiyası ilə xəstəxanalıq oldu - Mahaçqalada
00:09 31 Oktyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

Mahaçqalada  bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilənlərin sayı 360-a çatıb, onlardan 265-i uşaqlardı.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyindən bildirilib.

 

Məlumata görə, xəstələrə lazımi tibbi yardım göstərilir, onların həyatlarına təhlükə yoxdur. 

 

İlkin versiyaya  əsasən, zəhərlənməyə içməli su səbəb olub. Hadisənin sakinlərin istifadə etdiyi içməli suyun yağış sularına qarışması nəticəsində baş verdiyi ehtimal olunur.

 

Hadisə ilə əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR